"Atmosferi tullantı ilə çirkləndirən bir sıra şadlıq sarayları barədə qəti tədbirlər görüləcək".
Psixoloq.az report-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
O bildirib ki, nazirlik bir müddət əvvəl ictimai iaşə obyektləri, şadlıq evləri, restoran sahiblərinə xəbərdarlıq etmişdi: "Xəbərdarlıqda atmosferə atılan tüstü axınına görə obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması üçün vaxt verilmişdi. Xəbərdarlığın müddəti başa çatdığından, yaxın günlərdə xəbərdarlığa əməl etməyən və yenə də atmosferi çirkləndirən "Xəmsə", "Oskar", "Oazis", "Millenium", "Sonalar sonası", "Xan qızı", "Dan ulduzu" və digər restoran, şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacaq".