Bakıda işsizlərin sayı açıqlandı

2018-ci ilin iyun ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilən vətəndaşların sayı 19 min 274 nəfər təşkil edib. 

Psixoloq.az xəbər verir ki, işsizliyə görə müavinət alanların sayı 1208 nəfər, işsizlik üzrə müavinətin hesablanmış orta aylıq məbləği 334,07 manat olub. 

Bakı şəhəri üzrə işsizlik statusuna malik olanların 7374 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat iyun ayının axırına şəhər üzrə cəmi 2344 nəfərdir, onlardan 2060 nəfəri fəhlələrdir.  

İşləyənlərin sayına gəldikdə isə, hesabat dövründə Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13 min 115 nəfər artaraq, 709 min 689 nəfər olub.(oxu.az)