Bakıda tozun miqdarı normadan 4 dəfə yuxarıdır

Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 4 dəfə yuxarıdır.

Bu barədə publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.

Məlumatda bildirilib ki, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.

Qeyd edək ki, atmosferdə müşahidə olunan toz iyulun 27-dək davam edəcək.