Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov KİV nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib.
Psixoloq.az xəbər verir ki, o bu barədə Feysbuk hesabında yazıb.
“Milli Mətbuat Günü münasibəti ilə KİV nümayəndələrini – jurnalistlərimizi təbrik edir, onlara bu çətin, şərəfli və müqəddəs fəaliyyətlərində uğurlar arzulayıram. İnanıram ki, KİV nümayəndələri mübarizələrini və qarşılarında duran vəzifəni müstəqilliyimizin, dövlətçiliyimizin və qazandığımız nailiyyətlərin qorunması, daha da inkişafı və möhkəmləndirilməsi naminə bundan sonra da əzmlə davam etdirəcəklər”- deyə o qeyd edib.