Belə kolbasalardan uzaq durun – Rəsmi xəbərdarlıq

Qida Təhlükəsizliyi Agentliyi kolbasalarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Psixoloq.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə edilən məhsullar alınmamalıdır:

"Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 – Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur. Lakin ət və ət məhsullarında bundan istifadə yolverilməzdir".