Bir çox insanın çəkdiyi problem, onların dili ilə desək qrija, daxili orqanların dəri altına keçə biləcəyi deşikdir.
Psixoloq.az xəbər verir ki, ümumi və transplant cərrah Bəhruz Səlimovun sözlərinə görə, bu deşiklər müxtəlif ölçüdə - kiçikdən böyük ölçülərə kimi, hətta insan başı həcmində belə ola bilərlər.
Qrijalar anadangəlmə və ya sonradan qazanılma ola bilir. Bunlara əməliyyat sonrası yaranmış qrijaları da əlavə etmək olar. Bunlar daha öncə qoyulmuş tikişlərin aralanması nəticəsində yaranır. Təəssüf ki, qrijanın dərmanla müalicəsi mümkün deyil, çıxış yolu yalnız əməliyyatdır. Yaranmasının əsas səbəbi birləşdirici toxumaların zəifliyidir.
Qeyd: Daha ətraflı məlumat və ya suallar üçün şəkildə qeyd edilən nömrə vasitəsilə həkimlə birbaşa əlaqə yarada bilərsiniz.