Borderline şəxsiyyət pozuntusu tez-tez və hədsiz dəyişkən əhval, zədələnmiş mənlik şüuru, davranışlarında tutarsızlıq və qərarsızlıqla özünü göstərən ruhi pozuntudur.
Simptomları:
1.Həqiqi və ya xəyali tərk edilməkdən qurtulmaq üçün hədsiz səy göstərmək
2.Qarşısındakini gözündə hədsiz böyüdüb, göylərə qaldırmaq və eyni anda alçaltmaq kimi çox dəyər /dəyərsizlik vermək ilə baş tutan uyğunsuz münasibətlər.
3.Biri ilə çox tez bağ qurmaq ya da özündən uzaqlaşacağını düşündüyü şəxs ilə dərhal əlaqəsini kəsmək kimi tərk edilməkdən qaçınan davranışlar sərgiləmək.
4. Əhval ruhiyyənin 2 qütb arasında anidən dəyişməsi ( məsələn, şəxs sevincli olduğu halda anidən təşvişli hiss etməsi, ağlaması və s.).
Səbəbləri:
Ruhi xəstəliklər əsasən bir neçə faktora bağlı olaraq yaranır. Tək bir səbəb xəstəliyin yaranmasını açıqlamağımız üçün yetərsizdir. Genetik, bioloji və sosial faktorlar xəstəliyin inkişafında rolu ola biləcək amillər olsa da, dəqiq səbəbi göstərmək mümkün deyil.
Müalicəsi:
Borderline şəxsiyyət pozuntusunun müalicəsi əsasən şəxsdə görülən simptomların kontrol edilməsi və yaşayış keyfiyyətinin artırılması üzrə aparılır. Müalicədə ən çox istifadə olunan metod psixoterapiyadır. Gərəkdiyi təqdirdə psixoterapiya ilə paralel dərman müalicəsi də tətbiq edilir.Şəxsin özünə zərər verməsi,suisidal hallar baş verdiyi və simptomların artdığı təqdirdə stasionar müalicə mütləqdir.
Psixoloq Aysu Əliyeva