Boş qalan yerlərə müsabiqə nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən müsabiqənin nəticələri açıqlandı.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Müsabiqədə iştirak edənlər iş nömrəsini 7727-ə göndərməklə müsabiqənin nəticəsi ilə tanış ola bilərlər. Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.(publika.az)