Böyrəkləri, sidik kisəsini və sidik yollarını qum və mikroblardan təmizləmək üçün cəfəri suyundan istifadə edə bilərsiniz.
Psixoloq.az xəbər verir ki, bu bitki sidikqovucu və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Xalq təbabətində geniş istifadə edilir. Bununla yanaşı dərini gəncləşdirərək parlaq edir.
Bəs cəfəri suyu necə hazırlanır?
1 dəstə cəfəri saplağı ilə birlikdə yuyulur, doğranılır, üzərinə yarım litr qaynar su tökülür, zəif odda 2-3 dəqiqə qaynatdıqdan sonra, 1 saat dəmlənir və süzülür. Hazırlanan bu cəfəri suyu ilıq olaraq, günün hər saatında arzuya görə istehlak edilir. Gecə yatmazdan 1 saat əvvəl içə bilərsiniz.