Brokoli bu növ xərçəngin inkişafını ləngidir

Kələm və brokkolidə olan kimyəvi maddələr mədə-bağırsaq traktatının işini dəstəkləyir və kolorektal xərçəngin qarşısını alır.

Psixoloq.az xəbər verir ki, bunu Böyük Britaniyada Frensis Krik İnstitutunun alimləri müəyyən ediblər.

Kolorektal xərçəng ən geniş yayılmış bədxassəli şiş tipidir. Hər il 600 minə yaxın insanda bu xəstəlik aşkarlanır. Digər xərçəng xəstəlikləri kimi zaman ötdükcə bu xəstəliyin də başvermə riski yüksəlir.

Tədqiqatçılar nümayiş etdiriblər ki, tərkibində indol-3-karbinol maddəsi olan yemlə qidalanan gəmiricilərdə bağırsaqda daha az bədxassəli şiş yaranıb. Orqanizmdə indol-3-karbinol Brassica (kələm) növündən olan bitkilərin qəbulu zamanı istehsal olunur. Bu maddə aril karbohidrogen reseptoru (AhR) adlanan zülalı aktivləşdirir.

Məlum olub ki, AhR çatışmazlığı olan gəmiricilər bağırsaq xəstəliyindən daha çox əziyyət çəkirlər və bu, nəticədə bağırsaq xərçənginə gətirir. Lakin kələm pəhrizinə keçirilən heyvanlarda daha az bədxassəli şiş yaranıb.

Qeyd edək ki, tibb sahəsində gələcəkdə brokolidən daha çox istifadə edilməsi nəzərdə tutulur.