Məhsullara verilən müxtəlif adlar hər zaman maraq dairəsində olub.
Psixoloq.az xəbər verir ki, son zamanlar broyler toyuq məhsuluna “xalaoğlu” adının verilməsi isə sosial şəbəkələrdə kifayət qədər tənqid mövzusu olub. Buna gülməli rəylər yazanlar da çox oldu, tənqid edənlər də...
Bəs məhsulla aidiyyatı olmayan adlar insan psixologiyasına nə kimi təsir göstərir?
Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoterapevt Süleyman Məmməd-zadənin sözlərinə görə, məhsula ad vermək marketinq şöbəsinin işidir və oradakı mütəxəssislər də bir növ psixoloq olmalıdırlar:
“Bildiyiniz kimi psixologiya şaxəli elmdir. Marketinq cəhətdən elə bir ad seçilməlidir ki, insanların şüuruna hansısa təsir göstərərək məhsula cəlb edə bilsin. Reklamda belə bir addan istifadə etmək mümkündür. Çünki reklam yadda qalandır. Ancaq bu adı məhsulun üzərinə qoymaq doğru deyil. Çünki birbaşa məhsulla arasında heç bir rabitə yoxdur. Bu, dolamağa gətirib çıxaran bir şeydir. Məhsulun üzərindəki bu ada baxarkən düşünmürəm ki insanları cəlb etsin. Daha da müştərini güldürərək özündən uzaqladıracaq. Düzü bunu neçə adam evinə alıb aparmaq istəyər maraqlıdır”.
Şəhanə Quliyeva