Bu dərmanlar hamilə qadınlar üçün zərərlidir - Düşük yaradır

Makrolid, xinolon, tetratsiklin, sulfonamid və metronidazol qeyri-ixtiyari abort, düşük riski yaradaraq, hamiləliyin 20-ci həftəsinə kimi zərərlidir.
Psixoloq.az xəbər verir ki, bu barədə Kanada tibbi asosiasiyasının elmi dərgisində çap olunan yeni araşdırma nəticələrində bildrilib.
Belə  ki, 8700 nəfər hamiləlikdə düşük keçirmiş qadınların tibbi sığorta məlumatlarında qəbul etdikləri dərmanlar araşdırılıb.
Məlum olub ki, 16% qadınlar hamiləliyin birinci trimestrində antibiotik qəbul ediblər. Antibiotiklərdən Azitromisin düşük riskini 65%, klaritromisin isə 2 dəfə artırıb.