Unutqanlıq, özünü tanımamaq kimi bilinən altsheymer xəstəliyinin dəqiq səbəbi bilinmədiyi üçün hər kəsin bu problemə yoluxmaq riski yüksəkdir.
Bəs xəstəliyin ilkin simptomları nədir?
Psixoloq.az həmin əlamətləri təqdim edir:
Yaddaşsızlıq və zamanla daha da proqressivləşən yaxın keçmişi belə xatırlamamaq,
Tanış əşyaları tanımamaq,
Emosional pozğunluq, depressiya, narahatlıq, ümumi gərginlik,
Dezorientasiya,
Son mərhələ:
Hallüsinasiyalar, fantastik ideyalar
Yaxın şəxsləri, hətta qohumları tanımamaq,
Öz hərəkət və fikirlərinə qarşı məsuliyyətsizlik,
Bəzi hallarda qıcolmalar.
Ağırlaşmalar:
Yanaşı infeksion xəstəliklər (pnevmoniya və s.),
Qida çatışmazlığı,
Müxtəlif travmalar və bədbəxt hadisələr.
Xəstəliyin konkret bir müalicə üslubu yoxdur. Ancaq buna baxmayaraq həkimin müalicəsi nəticəsində narahatçılığı bir qədər azaltmaq, xəstəliyin şiddətinə mane olmaq mümkündür.