Hava çirkliliyi altsheymer xəstəliyi riskini artıran faktorlar sırasında yer alır.
Psixoloq.az xəbər verir ki, bu barədə Montana Universiteteinin elmi araşdırmasında qeyd edilib.
Nəzərinizə çatdıraq ki, altsheymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji və psixi bir xəstəlikdir. Araşdırma çərçivəsində Meksikanın paytaxtı Mexikoda 11 aylıqda 40 yaşına qədər 203 nəfərin ekspertizası aparılıb.
Aparılan müayinələr nəticəsində onlarda altsheymerə başlamasına və inkişaf etməsinə zəmin yaradan iki qeyri-adi protein müşahidə edilib. Alimlər hava çirkliliyə məruz qalanların beyinlərində hiperfosforile tau və beta amiloid proteini dozasının miqdarının yüksək olduğunu müəyyənləşdiriblər.