Bu gecə Ay tutulacaq - Azərbaycanda tam müşahidə olunacaq

Bu ilin ikinci Ay tutulması hadisəsi iyulun 27-dən 28-nə keçən gecə baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov Modern.az saytına bildirilib ki, Ay tutulması hadisəsi Azərbaycan ərazisində tam müşahidə olunacaq:
"Ay tutulması hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlanacaq, saat 00:21-də maksimum səviyyədə olacaq, saat 02:19-da isə başa çatacaq. Yerin ekvatorial zonasında baş verəcək bu astronomik təbiət hadisəsi "mərkəzi tutulma” adlanır. Yəni Ay kölgənin mərkəzindən keçəcək.
Lakin bu, adi təbiət hadisəsidir. Ay Yerin kölgəsinə girir, tutulur, görünməz olur, sonra kölgədən çıxır. Elə bir fövqəladə hadisə yoxdur. İnsanlara da hər hansı təsirindən söhbət gedə bilməz”.
Qeyd edək ki, Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci ilin sentyabrın 15-nə təsadüf etməsi gözlənilir. Builki yaxınlaşma Ay tutulması ilə tam üst-üstə düşür. 1 saat 44 dəqiqə davam edəcək bu təbiət fenomeni 100 ilin ən uzunmüddətli Ay tutulması olacaq.