Bu gün ilin sonuncu Günəş tutulması hadisəsi baş verəcək.
Bu barədə oxu.az-a Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər.
Tutulma hadisəsi (qismən tutulma) Bakı vaxtilə saat 12:02-də başlanacaq, saat 13:46-da maksimum səviyyədə olacaq, saat 15:30-da başa çatacaq.
Qeyd edək ki, bu ilin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.