Dar alt paltarları kişilər üçün təhlükəlidir.
Psixoloq.az xəbər verir ki, bu, həkimlərin araşdırması zamanı məlum olub. Belə ki, dar alt paltarı kişilərin cinsiyyət orqanına mənfi təsir göstərir və spermanın keyfiyyətini azaldır.
Müşahidələr göstərir ki, Qərb ölkələrində cütlüklərin 10-15%-i cütlüklərdən birinin sonsuz olması səbəbindən övlad sahibi ola bilmir. Sonsuzluğun bioloji səbəbləri hüceyrə və spermatazoid istehsalını idarə edən genetik mexanizmlərin az tədqiq edildiyi üçün bir çox hallarda naməlum qalır.
Araşdırmalar zamanı məlum olub ki, adi alt paltarı geyinən kişilərin sperması dar tuman geyinənlərə nisbətən daha keyfiyyətlidir. Bu əlaqəni anlamağa çalışan alimlər kişilərin cinsiyyət orqanı üzərində də araşdırma aparıblar. Məlum olub ki, dar alt paltarı geyinənlərdə “FSH” qadın hormonu daha çox ifraz olunur.