Hər bir qadın qidaların pozulmaması üçün onu soyuducuda saxlamağa üstünlük verir. Hər bir insanın psixologiyasında belə bir anlayış mövcuddur ki, soyuducuda saxlanılan qida pozulmaz.
Mütəxəssislər isə bunun tam əksini deyir. Onların sözlərinə görə, belə məhsullar bir müddət sonra soyuducudan qoxu gəlməsinə səbəb olacaq.
Psixoloq.az xəbər verir ki, bunun səbəbi isə həmin qidaların düzgün saxlanılmaması ola bilər.
Bəs əksinə soyuducuda saxlanılaraq xarab olan qidaların da olmasından xəbərdarsınız?
Onların bir neçəsini təqdim edirik:
Sarımsaq - Bəziləri soyuducuda saxlamağa üstünlük verir. Qeyd edək ki, bu zaman aroması itir. Həmçinin özünəməxsus qoxusu yayılaraq itir. Quru və qaranlıq yerdə saxlanılmalıdır.
Pomidor - Soyuducuda qalarsa qısa zaman ərzində yumşalacaq.
Qarpız - Əgər tərkibindəki antioksidanların itməsini istəmirsinizsə kəsilməmiş qarpızları soyuducuya qoymayın.
Almalar - Soyuducuda qalan zaman təzəliyini itirir.
Şəhanə Quliyeva