Stress, demək olar ki 80 faiz insanda rastlanılan psixoloji problemlər sırasında yer alır. Bu barədə müxtəlif müalicələr, terapiyalar aparılsa da qarşısını nə nevroloqlar, nə də psixoloqlar tam şəkildə ala bilir. Çünki problemə səbəb olan düşüncələr insan beyninin içərisində daim cərəyan edir. Həmçinin stress yaradacaq hadisələr mütəmadi şəkildə yenilənir. Bu səbəbdən bunun qarşısını tam olaraq alan müalicə üsulu yoxdur.
Psixoloq.az xəbər verir ki, son zamanlar bu barədə Ruminiyada maraqlı araşdırmalar aparılıb. Belə ki, mütəxəssislərin tədqiqatlarına görə, insanlar, stressin qarşısını almaq üçün baldan istifadə etməlidirlər. Bunun üçün balı otaq temperaturunda nizamlı olaraq istifadə etmək əsas şərtdir. Araşdırmalara görə, balı isti istifadə etdikdə stressi azaltmaq əvəzinə orqanizmimizə əlavə stress qazandırmış oluruq ki, bu da əks təsir göstərir.
Mütəxəssislər stressi azaltmaq üçün istifadə edilən balı belə bir qayda ilə istifadə etməyi də tövsiyə etdilər. Bir stəkan ilıq suya bal qataraq, onu suda həll etmək lazımdır. Sonra üzərinə limon sıxıb, qəbul etdikdə stressin qarşısını müvəffəqiyyətlə alacaq. İlıq bal sinir sistemini nizamlayır və insanı rahatlaşdırır.
Xarici psixoloqlar isə hələ bu barədə dəqiq rəylərini bildirməyiblər.
Şəhanə Quliyeva