Uzun səfər, çox ayaq üstə qalmaq ayaqlarınızda şişlik, ağrı yarada bilər.
Psixoloq.az xəbər verir ki, qəbul edəcəyiniz ayaq vannası ilə bu kimi problemlərdən xilas ola bilərsiniz.
Bunun üçün 1-2 litr suya 1-1,5 xörək qaşığı soda tökün. Su ilıq olsa daha effektli olar. Daha sonra ayaqlarınızı həmin vannada yarım saat kimi saxlayın. Əgər şişlik, ağrı çoxdursa bu vannanı mütəmadi qəbul etməyiniz tövsiyə edilir.