Omeqa-3 doymamış yağ turşularından istifadə stress səviyyəsini xeyli azaldır.
Psixoloq.az xəbər verir ki, bu barədə Massaçusets-Louell universitetinin alimləri araşdırma aparıblar.Belə ki, bu vitamin uzun müddət güclü sakitləşdirici effektə malikdir.
Məlumatda bu turşunun beyin fəaliyyətini yaxşılaşdırmağa imkan verdiyi və illər boyu itirilmiş diqqəti və yaddaşı bərpa etməyə kömək etdiyi bilidirilib.
Qeyd edilib ki, omeqa-3-ün ən yaxşı mənbələrindən biri də dəniz məhsulları və günəbaxan tumlarıdır. Bu səbəbdən bu vitamini təbii olaraq vücuda qazandırmaq tövsiyə edilir.
Bundan başqa, tədqiqatlar zamanı omeqa-3 turşusunun başqa mühüm xüsusiyyəti də aşkar olunub. Məlum olub ki, bu turşu beyin fəaliyyətini yaxşılaşdırmağa imkan verir və illər boyu itirilmiş diqqəti və yaddaşı bərpa etməyə kömək edir. Qeyd edilir ki, omeqa-3-ün ən yaxşı mənbələrindən biri də dəniz məhsulları və günəbaxan tumlarıdır.
Xatırladaq ki, İlinois ştatı Universitetinin alimləri iyulda müəyyən ediblər ki, omeqa-3 yağ turşuları xərçəngin əmələ gəlməsinin, inkişafının və şaxələnməsinin qarşısını alır.