Hər səhər suya bir neçə limon damcısı sıxıb içmək çox faydalıdır. Diyetoloqlar bildirir ki, limonu müxtəlif bitkilərlə əvəz etmək olar.
Psixoloq.az Publika.az-a istinadən bu yazıda oxucuları suyu daha dadlı edən üsullarla tanış edib. Burada çətin heç nə yoxdur, suya sadəcə bir inqrediyent əlavə edəcəksiniz.
Ödəmə qarşı duz
Adət etdiyimiz duz orqanizm üçün zərərli sayılır. Lakin adi duzlardan fərqli olaraq, Himalay duzu orqanizmdə su saxlamır, əksinə onu bədəndən çıxartmağa kömək edir və ödəmin yaranmasına səbəb olmur. Belə su susuzluğu daha tez öldürür, nəinki adi limonlu su. Bundan əlavə, onun tərkibində faydalı minerallar və antibakterial xüsusiyyətlər boğaz ağrılarını aradan qaldırmağa kömək edir. Bir litr suya çay qaşığının dörddə biri qədər duz əlavə edin.
Darçın
Pəhriz saxlayanların sevimli ədviyyatı şirniyyat istəyinin qarşısını alır. Onu suya əlavə etdikdə ən yaxşı xüsusiyyətləri su ilə qarışır. Metabolizmi yaxşılaşdırır və qanda qlükozanın səviyyəsini azaldır, nəticə etibarilə şirniyyat istəyini yox edir. Axşam yatmazdan əvvəl bir litr suya 4-5 darçın çubuğu əlavə edin. Səhər yüngül tünd ətirli kokteyldən ləzzət alın.
Sızanaqlara qarşı xlorofil
Maye xlorofil təbii dezodorant təsiri göstərir, həzmi yaxşılaşdırır və orqanizmi təmizləyir. Amma xlorofilli suyun başqa faydalı xüsusiyyətləri də var. O, akne xəstəliyinin törədicisi olan bakteriyaların sayını azaldır, yaraların tez sağalmasına səbəb olur və kollagen istehsalını stimullaşdırır. Bir sözlə, belə yaşıl su təmiz və sağlam dəri üçün ideal kokteyldir. Bunun üçün bir stəkan suya bir çay qaşığı xlorofil əlavə edin.
Sarıkök
Bu məşhur antioksidant və C vitamini anbarı qırışların yaranmasını qarşısını alır, hətta anti-yaş (yaşlılıq əleyhinə) xassələrini suda da qoruyub saxlayır. Ancaq təbii dərman sayılan bu ədviyyatdan sadəcə profilaktika məqsədilə istifadə olunmur: O dəri rəngini yaxşılaşdırır və yüksək iştahanı normallaşdırır.
Hər səhər isti suya yarım çay qaşığı sarıkök əlavə edib için. Müalicə kursunu 2-4 həftə yerinə yetirməyi məsləhət görürlər. İki ay fasilə verdikdən sonra kursa yenidən başlaya bilərsiniz.