Tanınmış aparıcı Cavid Gül ATV-də yayımlanan "Bizimləsən" verilişində Əməkdar artist Tünzalə Əliyevanın “Hummer” markalı lüks maşını olduğu halda efirə çıxıb ağlamasını birmənalı qarşılamayıb.
Psixoloq.az xəbər verir ki, aparıcının İnstaqram hesabında paylaşdığı sözlərin aktrisaya ünvanlandığı irəli sürülüb.
O, instaqramda qırmızı rəngli bahalı avtomobil şəkli yerləşdirərək, "İstəyirəm mən də son günlərin trendinə qoşulum. İmkan daxilində ilkin ödəniş edim, görəsən, qalanını da ağlayıb yığaram?" qeydini yazıb.
Cavidin hesabında yazdığı status müzakirələrə səbəb olub. İzləyicilər bildirib ki, Cavid Gül bu paylaşımı ilə Toppuş bacıya söz atıb və "Bizimləsən" verilişində mənzil kreditinin toplanması üçün başlanan yardım aksiyasını tənqid edib.
Lakin bu barədə açıqlama verən aparıcı bildirib ki, yazdıqlarının Tünzalə Əliyeva ilə heç bir əlaqəsi yoxdur:
“Kiminsə xəstəliyini lağa qoyacaq dərəcədə alçaq deyiləm və paylaşımımda kiminsə səhhəti haqqında heç nə yazmamışam. Cavid Gülün necə bir insan olduğunu Allah bilirsə, cahil və boşboğaz insanların nə düşündüyü önəmli deyil. İnsana şəfanı da, ruzini də verən Rəbbimdir. Şərhlərdə mənə bəddua və lənət yağdıranlar, "Şübhəsiz, lənət bir kimsəyə yönəldildiyi zaman onun özünə yönələr. Əgər ona bir yol və mənfəz (dəlik) taparsa, (o kimsə lənəti haqq etmişsə) onda qalar. Lənət haqqı deyilsə, "Ey Rəbbim, filan kimsəyə yönəldildim, lakin ona nə bir yol və nə də bir mənfəz tapa bilmədim" deyər. Ona, "Gəldiyin yerə geri dön" deyilər”. (ət-Tergib ve'-Tərhib, 3: 473.)
Allah hər kəsin ürəyinə görə versin. Bacı-qardaşlarımıza şəfa, ruzi və hidayət bəxş etsin. Bu mövzu bağlıdır”.(Publika.az)