Çimərlikdəki qadağalara niyə əməl olunmur? - Psixoloq səbəbini açıqladı

Hər il olduğu kimi bu il də Qaradağ rayonu ərazisindəki Sahil , Səbail rayonunun Şıx və bəzi çimərliklərinin nümunələri ürəkaçan deyil. Su nümunələri üzərində aparılan analizlərdə çox sayda bakteriyalar tapıldığından bu növ çimərliklərə getmək tövsiyə edilməyərək,  bu barədə xəbərdarlıq edilib. Həmçinin çimərlikdə insan sağlamlığı və təhlükəsizliyi üçün bəzi  qadağalar mövcuddur.

Psixoloq.az xəbər verir ki, qadağalara baxmayaraq buna nəzarət etməyənlər kifayət saydadır. İnsanlar gigiyenik və ekoloji tələblərə cavab verməyən, insan sağlamlığı üçün təhlükəli olan sahillərə üz tuturlar, bu da müxtəlif xəstəliklərin yaranmasına yol açır.

Bəs bunun səbəbi nədir?

Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoloq Zeynəb Eyyubova, insanların yaradılış etibarilə öz ayaqları üzərində dura bildikdən sonra şüuraltı olaraq onlara qoyulan qadağalara meylləndiyini bildirib.Onun sözlərinə görə, psixoloqlar 2-3 yaşlı uşaqlara belə yox deyilməsinin tərəfdarı deyillər. Bunun səbəbi isə bunun travmaya səbəb ola biləcəyidir. Kəskin formada qadağa düzgün addım deyil:

“Çimərliklərlə bağlı da bir sıra qadağalar mövcuddur. Qadağa deyildikdə insanda 2 fikir formalaşır. Ya burdakı qadağanın doğru səbəbi var. Və ya əslində yaxşıdır amma bizə qadağan olunub. Bəzən insanlara sual verdikdə ki niyə bu yerdə çimirsən deyirlər ki suyu təmizdi, halbuki  biz oxuyuruq ki ən çirkli hissə məhz buradır. İnsanlar qadağan olunan bütün şeylərə meyllidir”.

Psixoloq, bunun qarşısını almaq üçün bir müddət həmin yerlərə qurumlar tərəfindən nəzarətçi şəxslərin qoyulmasının daha düzgün ola biləcəyini vurğulayıb:

 “Həmin təhlükəli hesab edilən çimərlikdən istifadə etmək istəyən insanlara  icazə verilməməlidir. Xəbərdarlıq və ya cərimə tətbiq edilə bilər. Sırf qadağa və ya tövsiyə edilməməsi çarə deyil”.

Şəhanə Quliyeva