Çiy qida yedi... Vücuduna ət yeyən bakteriya düşdü - FOTO

Çiy dəniz məhsulu yeyən adamın həyatı cəhənnəmə döndü.

Psixoloq.az xəbər verir ki, ABŞ-ın Nyu Jersey əyalətində yaşayan adam ölümdən dönüb.

Belə ki, adının açıqlanmasını istəməyən şəxs dəniz məhsulu yedikdən 12 saat sonra əlində ağrı hiss edib. 2-ci tip diabet və yüksək təzyiq xəstəsi olan adam ağrıları artdığı üçün xəstəxanaya müraciət edib. Diaqnoz isə onu şoka salıb. Belə ki, vücudunda ət yeyən bakteriya aşkar edilib. Qısa zaman ərzində vəziyyəti pisləşən adamın əlini kəsməli olublar.

Həkimi Karen Vong, çiy dəniz məhsullarının belə qorxulu bakteriyaları yaratdığını və həmçinin bir çox dəri problemlərinə yol aça biləcəyini qeyd edib:

“Xroniki qaraciyər xəstəliyi və xərçəng də daxil olmaq üzrə immunitet çatışmazlığı olan xəstələrdə infeksiya riski daha yüksəkdir”.

Şəhanə Quliyeva

fbc2ba0034ab7c6150f70ce5df8f411e.jpg