Çox fərqli xarakterdə olanlar evlənə bilər? - Araşdırma

Münasibətin ilk mərhələlərində partnerinizin fərqlilikləri həyəcanlı gəlsə də zaman keçdikcə bu fərqliliklər münasibətə zərər verəcək hala gələ bilər.

Psixoloq.az xəbər verir ki, buna baxmayaraq iki fərqli insanın mənfi xüsusiyyətlərini azaldıb münasibəti xoşbəxt etməyin yolları vardır.

Bəs həmin yollar nədir?

Zidd qütblər bir-birini çəkir. Fərqliliklərin sizi ayırmasına icazə verməyin.

Partnerinizi olduğu kimi qəbul edin. Sevgilinizin xarakterini dəyişdirəməyəcəyiniz gerçəyini qəbul etməlisiniz.  Onu olduğu kimi sevin.

Hörməti unutmayın – Bir-birinizin yaşayış tərzinə hörmət göstərin. Hər şeydən əvvəl sevgilinizin qərarlarına hörmət edin.

Qayğı göstərin – Qarşınızdakı insanı daha yaxşı tanımaq üçün ona qayğı göstərin, sevin. Bu sizin üçün fürsətdi.

Ortaq nöqtələrinizi tapın – Paylaşdığınız məqamları xatırlatmaq əsas məsələdir. Öncə sahib olduğunuz ortaq duyğulara diqqətinizi verin. İlk olaraq ortaq nöqtələrinizin siyahısını hazırlayın. Bu sizin üçün kifayət qədər motivasiya olacaq.

Günahlandırmaqdan qaçının – Dərhal müdafiə mexanizmlərini işə salmayın. Sizi narahat edən məsələləri uyğun dillə yoldaşınıza anladın. Əsəbi zamanı mübahisədən qaçının. Əsəbləriniz sakitləşdikdən sonra mövzuya yenidən qayıda bilərsiniz.

Şəhanə Quliyeva