Aparılan araşdırmalara görə, cinsi münasibət zamanı əlaqəyə adaptasiya olmaqda daha çox qadınlar əziyyət çəkirlər.
Bəs bunu arxasında psixoloji səbəblərin olduğundan xəbərdarsınızmı?
Psixoloq.az cinsi problem yaşayan qadınların psixoloji səbəblərini təqdim edir:
Münasibət zamanı kişinin istəyini ön plana qoyurlar. Yəni istəniləni edirlər və bundan da xoşbəxtçilik hissi duymurlar.
Stress, məyusluq halları cinsi münasibətə mənfi təsir göstərir.
Çəkilən iqtisadi çətinliklər, sağlamlıq problemləri cinsi həyata mənfi təsirini göstərir.
Bəzi qadınlar adətlərinə, ailə tərbiyələrinə görə bəzən belə mövzulardan uzaq olaraq yaşayırlar. Belə münasibəti ağıllarına gətirməyi özlərinə tərbiyəsizlik kimi görürlər. Bu səbəblər də ailədə münasibət yaşamaqlarına maneə olur.
Ailədə cinsi münasibətin dəyərsizləşdirilməsi də əsas səbəblər sırasındadır.
Vaginizm problem bir çox ailədə mövcuddur. Bu problem birbaşa ailədə münasibətin dəyərini kifayət qədər azalmasına səbəb olur. Bu zaman sözügedən münasibət sadəcə kişinin istəyi kimi dəyərləndirilir.
Şəhanə Quliyeva