Cinsi münasibəti yaxşı olanlar həyatda da xoşbəxtdirlər - Araşdırma

Kişi və qadın arasında baş qaldıran sevginin kökü yataqdan keçir.

Psixoloq.az xəbər verir ki, Amerika seksoloqları cütlüklərin münasibətlərindəki çatışmazlıqları araşdırıblar.

Məlum olub ki, illər ötsə də bir-birinə qarşı ehtirasını itirməyən cütlüklərin yataqla bərabər gündəlik həyatda da münasibəti daha möhkəmdir.

Yataqda ehtirası qorumaq üçün isə münasibətin digər yönlərində olduğu kimi əmək sərf etmək, dəyişiklikləri sınaqdan keçirmək lazımdır.

Mütəxəssislər qeyd edirlər ki, uzunmuüddətli münasibət xoşbəxt ailə demək deyil. Yataqda bir-birinə artıq adi gələn, qane etməyən cütlüklər birgə lap 30 il yaşasalar da xoşbəxt olmayacaq, xəyanətə uğrayacaqlar. Belə ki, seksdə fərqliliyə yol verməyən tərəflərdə cinsi əlaqəyə qarı şüuraltı etinasızlıq yaranır. Bədən daha az dopamin ifraz edir. Bu isə hər iki tərəfin orqanizmi üçün zərərlidir.

40 mindən çox cütlük arasında aparılan araşdırmanın sonunda bəlli olub ki, yataqdaki alovu sönməyə qoymayan ailələr cəmi 5 faizdir.(publika.az)