Covid-19 sonrası yarana biləcək sosio-psixoloji problemlər və alınacaq tədbirlər

Dünyanın məruz qaldığı  ağır və travmatik müddətində virusun təsiri  ilə milyonlarca həyat ciddi şəkildə dəyişdi. Çətin və uzun müddətli streslə mübarizə hal hazırda davam etməktədir. Bu virusdan heç şübhəsiz daha çox təsir edən psixoloji faktorlar təsir göstərməkdədir. Bu müddətdə stres faktorları arasında: sağlığımızın təhdid altında olması, sevdiyimiz insanlardan, emosional anlardan və sosial  münasibətlərdən uzaq qalmaq səbəbi ilə tənhalıq, gərginlik hislərini ifadə edə bilərik. Aparılan araşdırmalar, sosial məsafə, karantina və ya izolyasiya müddətində bunları yaşaya biləcəyiniz müşahidə edilməkdədir:Qorxu və narahatlıq: özümüz və yaxın çevrəmizin Covid-19’a tutulma riski ilə özünüzü narahat hiss edə bilərsiniz. Bəzi insanlar bu müddəti daha gərgin şəkildə keçirdə bilər; yuxu və qida rejimində pozulmalar və s.

Depresiya və gərginlik: günlük həyatımızda baş verən maneələr, planlarımızın təxirə salınması qəmginlik və ruh halımızın pozulmasına səbəb ola bilər. Evdə uzun müdətli zaman keçirmək, sosial münasibətlərdən uzaqlaşmaq gərginlik və yalnızlıq duyğusuna səbəb olmaqdadır.Qəzəb və xəyal qırıqlığı: izolyasiya və karatina səbəbilə azadlığın məhdudlaşması və s.Necə tədbir almalıyıq? Nələr etməliyik? Bu çətin müddətdə zamanın düzgün idarə olunması, psixososial dəstək, ailənizin və özünüzün istər fizioloji, istərsə də psixoloji müdafiə formaları ilə bağlı ətraflı və doğru məlumat əldə etməyə çalışın.Gün boyu pandemiya haqqında istər sosial şəbəkələr, televizyalardan aldığınız xəbərlər, bizi narahat edən və get-gedə artış göstərən rəqəmlər təşviş və qorxu duyğusunda artışa səbəb olmaqdadır. Gündəlik olaraq məlumat aldığınız xəbər saytlarının güvənilir olduğuna diqqət edin.Sağlıqlı həyat tərzi qurmağa çalışın. Yuxu saatlarınıza, qida rejiminizə diqqət etməyə çalışın. Lazım olduqda, psixoterapiya üçün onlayn dəstəkdən qaçınmayın.

Sinir bilim uzmanı, Psixoloq Rəna İmanova