İlk dəfə yaşadığımız dejavunun yaratdığı qəribə və ani hissləri çoğumuz bilirik.
Fransız dilindən tərcümədə "çoxdan görülmüş” mənasını gələn dejavu bizdə əsrarəngiz hisslər yaradır. Yeni araşdırmalarda isə bunun hissiyatdan başqa heç nə olmadığı müəyyənləşib.
Bu vəziyyəti açıqlayan bir çox nəzəriyyə mövcuddur. Amma ən qəbul olunan açıqlama yaddaşla bağlıdır. Sözlər dilimizin ucunda olduğu kimi xatirələr də beynimizin ucqar yerlərində ola bilər.
Kolorado Universitetinin koqnitiv psixoloqu Anna Kleri araşdırmalarında bu fenomenin hisslərdən başqa bir şey olmadığını qeyd edib. Dejavu yaşayan insan kor-koranə divarın arxa tərəfində nə görəcəyini bilməyən insan kimidir. Digər elm adamları dejavunun xatirələrlə əlaqəli olduğunu müəyyən edib. Ancaq Kleri bundan öncəki araşdırmasında açıqladığı hipotezin qoruyucu açar olduğunu qeyd etmişdi. Xatirələrlə əlaqəsi olmadan, anidən ağlımıza gələn hər hansı məkan və hətta üz başqa bir məkana və ya üzə oxşaya bilər. Kleri qeyd edir ki, öncəki hadisələri xatırlamasaq da beynimiz bu oxşarlığı hiss edir.
Kleri deyir ki, sınaqlara aid hesabatlar göstərir ki, dejavuda yaşanan hisslər gələcəyi təxmin edə bilər. 1959-cu ildə temporal korteksə uyğun olaraq, dejavuya səbəb olan hisslərin aradan qaldırıldığı müəyyən olunmuşdu. Bunlar sınaqda iştirak edən iştirakçılar tərəfindən hesabat şəklində qeydə alınıb. Kleri bundan öncəki sınaqlarda iştirakçıların sayını artıraraq 298 nəfərə çatdırıb. Komanda "The Sims” oyununda məkan olaraq eyni, amma quruluş baxımından fərqli olan bağça və tullantı sahəsi yaratmağa başlayıblar. Başqa bir təcrübədə iştirakçıların dejavu hissini yaşadığı təsdiq olunub. Yeni təcrübədə iştirakçılara bir neçə seriyadan ibarət tullantı məkanı və ya akvarium səhnəciklərində qadın səsi ilə səsləndirilən filmlərin adlarını təkrarlamaq tapşırılmışdı.
Daha sonra sınaq videolarında üz baxımından fərqli, ancaq eyni tipli hazırlanmış videolar göstərilib. Əsas məqamda videoları dayandırıb, iştirakçılardan dejavu yaşayıb yaşamadıqlarını və bundan sonrakı hissədə nələr baş veriləcəyi soruşulub.
İştirakçıların təxminən yarısı dejavu yaşadığını desə də, yerdə qalan heç nə hiss etmədiklərini bildiriblər. Buna görə də gələcəyi təxmim etmək kimi anlayış yoxdur.(xezerxeber)