İnsanı sarsıdan hadisələr, məsələn, sevdiyi birini itirdikdə, müflis olduqda, həyat yoldaşı tərəfindən tərk edildikdə, imtahan nəticələri gözlədiyi kimi olmadıqda və ya imtahandan keçmədikdə depressiyaya girmə daha çox müşahidə olunur. Bəzən də zaman-zaman kiçik streslərlə qarşılaşmağın özü də sonda depressiyaya yol açır.
Depressiya düşünüldüyü kimi, zəif insanların xəstəliyi deyildir. Tam tərsinə, daha çox məsuliyyət hiss edən, ailə və dost əhatəsində hər kəsin köməyinə qaçmağa çalışan, hər yükün altına girən insanlar depressiyaya daha tez düşürlər. Bundan başqa, mükəmməlliyi sevən, özlərindən və başqalarından çox şey gözləyən, heç kimi incitməyən, hər kəsin könlünü şad edən, yaxşılıq etməyi sevənlər, özünə güvənsizlik, utancaqlıq, özünəqapanma, narsizm, şübhəçilik hissləri daşıyan, "ya hər şey, ya da heç nə” düşünən insanlar depressiyaya düşə bilər.
Depressiyaya düşən insanlarda özünəinam hissi itir, psixoloji komplekslər yaranır, əhval-ruhiyyənin enməsi müşahidə olunur. Həyatda heç nəyi bacara bilməmək duyğusu yaranır. Neqativ hisslərin yaranması kimi fikirlər formalaşır. Zamanında depressiyanın qarşısını almadıqda insanda yəni özünə qəsd etmə, intihar etmə fikirləri yarana bilər.(xeberman)