Deputat dərslərin sentyabrın 15-də başlamasına qarşı çıxdı - Bu uşaqlara necə təsir edə bilər?

Azərbaycanda təhsil ilinin sentyabrın 1-də başlanmasını təklif edilir.

Modern.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli çıxış edib. Deputat bildirib ki, dərslərin sentyabrın 15-də başlanması təshil sisteminin pozulmasına səbəb olur .

“Yeni tədris ilinin sentyabrın 15-də başlanması istirahət və məktəbə hazırlıq məsələlərində valideynlər üçün xeyrli ola bilər. Lakin uşaqların yaxşı təhsil alması üçün yenidən dərs ilin sentyabrın 1-də qaytarılması daha düzgün olardı”.

Deputat çıxışı zamanı məktəblərdə dərs yükünün azaldılması məsələsinə toxunub. “Uşaqlara yüklənən vəsait onların sağlamlığına ziyan vurmuş olur. Uşaqlar artıq öz çantalarını daşıya bilmir. Onlara ya sürücü ya da valideynlər kömək edir”.

Psixoloq.az bu barədə psixoloqların fikrini öyrənib. Psixoloqların düşüncələrinə görə, dərs yükünün azalması uşaqlar üçün müsbət nəticə verə bilər. Çünki ağır dərs yükü uşaqların azyaşından kurslara getməyini məcbur edir. Bu da onların azyaşlıların normadan çox yüklənməsi deməkdir.