Rusiya Federasiyasının Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonov hazırda Sankt-Peterburqdakı Ermitaj muzeyində yaşayan məşhur Ahilla adlı qoca pişiyə pensiya ayırmağı təklif edib.
Psixoloq.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda “RİA Novosti” xəbər yayıb. Deputat hesab edir ki, bu yaşlı pişik illər boyu muzeydəki layiqli pişik xidmətlərinə görə(gəmiriciləri tutmaq və s.) görə pensiyaya layiqdir.
“Ermitaj Ahillaya pensiyasının aylıq ödənişini yem və yemək üçün qab şəklində təşkil edə bilər”, - deyə V. Milonov bildirib.
Hazırda Ahilla üçün layiqli sahib axtarırlar. İndiyədək 27 adam pişiyi evinə aparmaq üçün müraciət edib.