Gələcəkdə valideynlər övladlarının xarici görünüşünü özləri seçə biləcəklər.
Psixoloq.az oxu.az-a istinadənxəbər verir ki, bu barədə Britaniya alimləri bildiriblər.
Tələb olunan boyu, gözlərin və saçların rəngini genlərin redaktə edilməsi sayəsində tənzimləmək mümkün olacaq.
Britaniyalı alimlər qeyd ediblər ki, insan rüşeyminin genetikasına istənilən müdaxilə rəsmi dövlət dairələrinin nəzarəti ilə həyata keçirilməlidir.
Əvvəllər genlərin redaktə edilməsi mənəvi baxımdan yolverilməz hesab olunurdu və yalnız ağır irsi xəstəliklərin müalicəsi və yaxud xərçəngin profilaktikası zamanı istifadə edilirdi.
Amma indi alimlər valideynlərin istəyi ilə körpənin xarici görünüşünü dəyişmək niyyətindədirlər. DNT-si dəyişmiş ilk uşaqlar artıq yaxın zamanlarda dünyaya gələ bilərlər.