Misirin paytaxtı Qahirə şəhərinin cənubundakı Qiza vilayətində dünyanın ən qədim pendiri tapılıb.
Psixoloq.az xəbər verir ki, pendir yaşı eradan əvvəl 13-ü əsrə qədər uzanan Memfis Ptahmes məzarlığında parçaya sarılmış formada aşkar edilib.
Verilən açıqlamada tapılan pendirin bilinən ən köhnə qatı pendir olduğu deyilib. Araşdırmalardan sonra pendirin inək, qoyun və keçi südünün qarışığından düzəldiliyi öyrənilib.