Dünyanın stressdən uzaq peşələri — SİYAHI

Stressiz peşə varmı? Bir çoxumuz təbii ki, "yox" cavabını verərik. Amma dünya üzrə aparılan araşdırmalar göstərib ki, bəzi peşə sahibləri işlərində demək olar ki, stresslə qarşılaşmırlar.

İqtisadçı - Biznes dünyasındakı yenilikləri, dəyişiklikləri izləyən iqtisadçılar ən stressiz peşə sahiblərindən sayılırlar.

Statistikaçı - İş həyatlarında stressə minimum səviyyədə məruz qalan peşə sahiblərdirir.
Riyaziyyatçı - Əsasən iş tapmaqları çətin olsa da, iş həyatlarında hardasa stress yaşamayan bir peşə sahibləridir.
Astronomlar - Səma cisimlərini incələyən, teleskop kimi alətlərlə kosmosu müşahidə edən astronomlar da stressdən uzaqdırlar. Səhiyyə sahəsində çalışan ən stressiz peşə sahibləri sayılırlar.
Diyetoloq - Günümüzün ən populyar peşələrindən biridir. Problemli bir xəstə ilə qarşılaşmadıqca iş həyatları stressdən uzaqdır.
Bərbər - Hər tində, hər küçədə, binanın altında gördüyümüz bərbər salonlarında işləyən insanlar da stressdən uzaqdırlar.
Tibbi sonoqrafiya mütəxəssisi - Xəstəxanalarda, əsasən doğum bölməsində işləyirlər. Hamilə qadınların uşaqlarının cinsiyyətini və ana bətnindəki uşağın vəziyyətini yoxlayırlar.(ölkə.az)