Maşın hərəkətdə olarkən rəqs edilməsi ilə bağlı 10 sürücü cərimələnib.
Psixoloq.az-ın məlumatına görə, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov ARB TV-yə açıqlamasında sürücüləri bu cür hərəkətlərə yol verməməyə çağırıb:
"Bakı şəhəri üzrə yayımlanan videolar əsasında təsminən 10 sürücü məsuliyyətə cəlb edilib. Bu cür addım təhlükəyə və faciəyə səbəb ola bilər.