Psixoloqla tələbələrin qalmaqalı böyüyür - “Əgər fərq olmasaydı bu ixtisası bitirənlər TQDK-dan 4-cü qrup üzrə istiqamətlənərdilər”

Tələbələrlə psixoloq arasındakı qalmaqal getdikcə böyüyür.

Belə ki, mövzu ilə bağlı ötən yazımızda, psixoloq İlkin Kazımlının, 3-cü qrup üzrə psixologiya fakültəsini bitirənləri psixoloq saymaması, bu üzrə təhsil alan tələbələri, həmçinin bir sıra psixoloqların narazılığına səbəb olmuşdu. Tələbələr, psixoloqun tamamilə yanlış danışdığını, əsas dövlətin bu ixtisası təsdiq etdiyini qeyd etmişdilər.

Məsələ ilə bağlı sözügedən psixoloqa söz haqqı yarandığından Psixoloq.az portalı olaraq məsələni daha real araşdırmaq üçün yenidən İlkin Kazımlının məsələyə yanaşma münasibətini öyrənmək istədik.

Psixoloq İlkin Kazımlı, kimisə təhqir və ya demotivasiya etmədiyini bildirdi. Onun sözlərinə görə, həyatda inan həmişə düzgünlüyə uyğun hərəkət etməlidir:

“Düzdür mən demirəm ki, psixologiya mərkəzlərində TSPX üzrə təhsil alanlar yoxdur. Əlbəttə ki var. Amma onu da qeyd edim ki, TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) üzrə təhsil alan tələbələrimiz və ya o ixtisası bitirən şəxslər qanun çərçivəsində təhsil ocaqlarında şagirdlərin psixoloji vəziyyətlərini dəyərləndirməli və problemlərini öyrənməlidirlər. Həmin şəxslər terapiya ilə məşğul olmamalıdırlar. Çünki onlara universitetdə keçirilən proqramda terapiya üsulları öyrədilmir. Həmin şəxslər pedaqoq və ya təhsil işçisi kimi formalaşır”.

Mütəxəssis, kiminsə peşəsinə, savadına, qabiliyyətinə sözünün olmadığını, sadəcə işin strukturunun qanuni yolla formalaşdırılmasının vacibliyini qeyd edib:

 “Əgər fərq olmasaydı bu ixtisası bitirənlər də TQDK-dan 3-cü qrup üzrə yox, 4-cü qrup üzrə istiqamətlərini tutardılar”.

Bir daha qeyd edək ki, jurnalistin “İndiki psixoloqlardakı əsas problem nədir?” sualına psixoloq İlkin Kazımlı  “İlk olaraq diplomlarının olmaması,hansısa sertifikatla özlərini psixoloq zənn etmələridir. Sonra müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirib özlərini psixoloq saymaları və əsas da psixologiya elminin adından istifadə etməklə dolandırıcılıqla məşğul olmaları və s.”,deyə cavablandırmışdı.

Müəllif: Şəhanə Quliyeva