Elm dünyasını dəyişdirəcək kəşf — 30 min il sonra dirildilər

Rusiyanın Yakutiya bölgəsində tapılan və 30 min il əvvəl donan 2 həlqəvari soxulcan alimlər tərəfindən həyata geri qaytarılıb.

Psixoloq.az xəbər verir ki, bu kəşf elm dünyasını dəyişdirəcək. Soxulcanlar isə planetin ən yaşlı heyvanları sayılır.

Alimlər bildiriblər ki, soxulcanlar artıq hərəkət edir və qidalanırlar: “Məlumatlarımız çoxhüceyrəli orqanizmlərin uzun müddət təbii şərtlər altında yaşaya biləcəyini göstərir”.

Məlum olub ki, Yakutiyadan gətirilən soxulcanlardan biri 42 min, o biri isə 32 min il əvvəl donub. Onlardan biri sincab yuvasında, digəri isə çay yaxınlığında tapılıb.(ölkə.az)