"Ər və arvad"-ın Yaşarı Həccə gedib - FOTO

Azərbaycanın tanınmış aktyoru Elcan Rəsulov Həccə gedib.

Psixoloq.az xəbər verir ki, “Ər və arvad” serialının Yaşarı, teleaparıcı, parodiyaçı, “Oğlan evi” filmindən tanıdığımız iranlı Pərvaz, “Maşın-şou 2015”-in finalçısı və ən yadda qalan iştirakçısı Elcan Rəsulov bu barədə sosial şəbəkədə paylaşıb.

Rəsulov, facebook səhifəsində Həcc geyimində şəklini paylaşıb. Paylaşdığı şəklin aşağısında isə "Allah bütün arzusunda olanlara qismət etsin İnşallah. Hamınız üçün dualarım var",-deyə ürək sözlərini paylaşıb.

Şəhanə Quliyeva

b47f6917bc856b0fa309793bf408add6.jpg