Erkən qırışlar ürək xəstəliklərinin əlaməti ola bilər

Alında dərin qırışların erkən yaranması ürək-damar xəstəliklərinin əlaməti ola bilər. Bununla yanaşı ölüm riskinin yüksəldir.

Psixoloq.az xəbər verir ki, bu barədə Fransanın Tuluza Universitetinin alimləri müəyyən ediblər.

Araşdırmalar zamanı yaşları 32-62 olan 3,2 min sağlam insan iştirak edib. Könüllülər alındakı qırışların sayına uyğun olaraq bölünüblər. Qırışı olmayan şəxslər sıfır bal, çoxlu qırışı olanlar isə üç bal qazanıblar.

Araşdırmalar müddətində 233 insan müxtəlif səbəblərdən vəfat ediblər. Onlardan 15,2 faizinin iki və daha çox qırışı, 6,6 faizinin bir qırışı olub.