"BakuBus"ev heyvanlarının və içkili sərnişinlərin avtobusa girişinə qadağa qoyub.
Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “BakuBus"-ın direktor müavini Azər Qasımov bildirib.
O qeyd edib ki, qəfəs olmadan ev heyvanlarının avtobuslara girişi qadağandır: "Bunu biz demirik. Bu qayda Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamədə də əksini tapıb. Biz sürücülərimizə tapşırmışıq ki, qanunlara uyğun olaraq sərxoş halda olan sərnişinləri avtobusa götürməsinlər. Çünki, vəziyyətlə əlaqədar onlar müəyyən narahatlıq yaradır ki, bu da avtobuslar arası intervala təsir edir".