Məlum olduğu üzrə xüsusilə də son zamanlar psixoloq adı altında işləyən qeyri-peşəkarların sayı artıb. Bəzi fırıldaqçılar biznesləri üçün insan əməyindən, pulundan istifadə edirlər. Bundan əlavə bəzi saytlara da yüksək məbləğlərdə pullar verərək reklamlarını edirlər ki bu zaman da insanlar onların “peşəkarlığına” daha çox inanırlar. Bununla da fırıldaqçıların məşhurluğu ikiqat artır.
Psixoloq.az portalı isə onların yalan üzərində qurulan bizneslərini dağıtmağa və professional olaraq psixoloqları vahid mərkəzdə tutmaq məqsədini daşıyır.
Saytın direktoru Aytən Hidayətovanın sözlərinə görə, istənilən psixoloq, savadını, peşəkarlığını portal vasitəsilə nümayiş etdirə bilər:
“Digər saytlar, kanalllar bunun üçün yüksək məbləğ tələb etdiyi halda bu bizdə tam olaraq pulsuzdur. Biz istəyirik ki bütün mərkəzlər, psixoloqlar vahid mərkəzdə birləşsinlər.
Bəziləri elə bilir ki biz də mərkəzik. Xeyr. Biz sadəcə insanlara, savadlı psixoloq, psixoloji mərkəz tapmaqda körpü rolunu oynayırıq. İnsanlar üçün şəffaf şərait yaradırıq ki, onlar psixoloqların savadının nə yerdə olduğunu, təhsili barədə tam olaraq məlumatlana bilsinlər. Zəhmət çəkən hər bir psixoloqa tanınması üçün şərait yaradırıq”.
Portalın redaktoru Şəhanə Quliyeva, son zamanlar insanların saytlarda axtardığı açar sözün məhz psixoloqlar olduğunu diqqətə çatdırıb.
“Loqopedlər, defektoloqlar, psixoloq və s. barədə bütün məlumatları da insanlar bizim sayt vasitəsilə əldə edə bilərlər. Biz hər psixoloqa eyni şəraiti yaradırıq. Saytımızda psixoloqlarla yanaşı gənc tələbələrimiz də özləri barədə məlumatları yerləşdirə bilərlər. Bununla yanaşı məqalələr yazmaqla həm insanları maarifləndirə, həm də özlərini tanıtdırmaqları mümkündür. Psixologiya elminin daha çox tanınması üçün bu sahənin insanları daha çox əziyyət sərf etməlidirlər. Biz də bu sahəyə portal olaraq dəstəyik. Bir çox mütəxəssislər var ki tək seminarlar edir ki, bu da onları insanlara tam olaraq tanıtdırmır. Bizim sayt onlar üçün əla fürsət yeridir”,-deyə Quliyeva vurğulayıb.