İlk dəfə bu barədə tədqiqatçı alim Marta Makklinton demişdir. Tələbəlik illərində laboratoriya dərslərinin birində “Niyə dişi siçanların ovulyasiya dövrlərində sinxronlaşma gedir ”kimi mövzular müzakirə olunurdu.Və o birdən: Bəs siz bilirsiniz mi qadınlarda da bu belədir, deyir. Lakin ona heç kim inanmır. O isə bunu dəqiq elmi araşdırmağa başlayır.
İlk dəfə bu fakta Amerikalı ginekoloqlar diqqət yetiriblər. Onlar bərabər qapalı şəraitdə, əsasən də yataqxanalarda, evlərdə yaşayan qızlarda belə hallara, yəni menstrual sikldə sinxronlaşma getdiyinə diqqət etmişdilər. Buna səbəb olaraqsa orqanizmda olan müəyyən feromenlərin ifrazını əsas olaraq göstərirdilər. Bu feromenləri qızlar özləri də bilmədən hiss edirlər və beynin hissiyat reseptorlarına siqnal ötürülür. Menstrual sikldə müəyyən zaman aralığından sonra eyniləşmə başlayır. Yalnız çoxlu skeptiklər bunu ehtimal nəzəriyyəsi kimi dəyərləndirməyə başladılar. Bundan 30 il sonra Marta Makklinkton uzun müddətli araşdırmalardan sonra bu feromenlərin hardan gəldiyini öyrənməyə çalışdı.Bu qoltuq altı zonası imiş.
Belə hallar təkcə bərabər yaşayan deyil, bir kollektivdə işləyən, ən yaxın rəfiqəniz, daimi görüşdüyünüz qadınlar arasında da baş verə bilər.Təbii ki, menstrual dövr iki üç aya deyil, daha uzun zamana sinxronlaşır. Sikl əsasən ən dominant, ən ünsiyyət qurmağı bacaran qadına uyğun dəyişilməyə başlayır. Sinxonlaşma hər kəsdə deyil,bir biri ilə sıx ünsiyyətdə olan qadınlar arasında gedir.
Makklinkton araşdırmasını 1971-ci ildə yataqxanada yaşayan 135 tələbə üzərində aparmışdır. Analizlər əsasında 8 sikl tədqiqatdan sonra sinxronlaşmanın yüksəldiyi sübut olunmuşdur. Makklinkton düşündü ki, bu dövrdə iki tip feromen ixrac olunur.Hansılar ki, ya menstrual dövrü ya sürətləndirir yada ki ləngidir.
İllər sonra psixoloq Cefri Şank apardığı araşdırmalar nəticəsində Makklinktonun tədqiqatını yetərsiz görərərək, feromenlər haqqında olan hipotezin özünü doğrultmadığını dedi.
Dr. Xanım Şükürlü