Gündəlik qayğıları nəzərə alsaq bir çox insan gecə saatlarında işləməyə üstünlük verirlər. Amma araşdırmalara görə, gecə işləmək həm psixoloji həm də vücud cəhətdən təhlükəlidir.
Psixoloq.az xəbər verir ki, amerikalı psixoloqlara görə, gecə işləmək yorğunluq, depressiya, tükənmişlik sindromu yaradır. Uzunmüddətli davam edəcəyi təqdirdə istənilməyən nəticələr baş verə bilə.
Kanadanın Monreal Universitetinin alimləri müəyyən ediblər ki, gecə işləyən qadınlarda süd vəzi xərçənginin aşkarlanması riski artır.
Araşdırmalarda Avstraliya, Kanada, Fransa, Almaniya və İspaniyadan olan 13 mindən çox qadın iştirak edib. Araşdırmalar zamanı orta yaş həddi 55-59 olub. Onlardan 6,1 min könüllüyə süd vəzisi xərçəngi diaqnozu qoyulub.
Məlum olub ki, gecə işləmə zamanı qadınlarda Er-müsbət və HER2-müsbət süd vəzi xərçəngi inkişaf edib.
Belə ki, gecə üç saat işləyən qadınlarda risk 12 faiz, üç saatdan çox işləyənlərdə isə 80 faiz artıb.