Gecəyarısı yemək yeməyin - 2 növ xərçəng yaradır

Bir çox insan məhz gecəyarısı, işləri bitdikdən sonra və ya yuxudan duraraq yemək yeməyə üstünlük verir.
Psixoloq.az xəbər verir ki, Barselonada 2000-dən çox insan üzərində aparılan tibbi məlumatların analizlərinin nəticələri heç ürəkaçan deyil. Belə ki, bu vərdiş məhz süd vəzi və prostat xərçənginin inkişafına səbəb ola bilər.
Yatmazdan 3 saat əvvəl yemək yemək və səhərə qədər heç nə yeməmək onkoloji prosesləri 20% azaldır.
Mütəxəssislər, axşam yeməyini saat 21:00-a kimi bitirməyin vacib olduğunu bildiriblər.