Dünya üzrə aparılan plastik əməliyyatlar sırasında ən dəbdə olanı omba əməliyyatı hesab edilib.
Psixoloq.az xəbər verir ki, bu əməliyyatı həmçinin "braziliya omba liftingi" adlandırırlar.
Bir çoxları bu əməliyyatı təhlükəsiz hesab edir. Lakin statistika göstərir ki, məhz bu əməliyyat nəticəsində ölüm halları digər əməliyyatlarla müqayisədə daha çoxdur.
Braziliya omba liftingi əməliyyatı zamanı həkim pasiyentin qarın və ya digər nahiyyələrindən piyləri götürür, onları xüsusi üsullarla təmizləyir və daha sonra omba nahiyəsinə yeridir. Bu məqamda isə bir sıra istənilməyən nəticələr ortaya çıxa bilər.
Qeyd edək ki, statistikaya əsasən braziliya omba liftingi əməliyyatından keçən hər 3000 nəfərdən biri emboliya nəticəsində həyatını itirir.