İranın cənub-şərqindəki Kirman əyalətində bu gün maqnitudası 5,8 olan növbəti zəlzələ baş verib.
Psixoloq.az xəbər verir ki, bununla bağlı ISNA agentliyi Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, yerli vaxtla 01:09-da qeydə alınan yeraltı təkanların episentri 10 kilometr dərinlikdə olub.
Ümumilikdə, son sutka ərzində baş verən zəlzələlər nəticəsində 287 nəfər yaralanıb, 43 kənd zərər görüb, 101 bina tamamilə dağılıb.