Insan nə qədər az qaşqabaqlı olarsa, hadisələrə də bir o qədər pozitiv yanaşar. Bu qərara eksperiment nəticəsində Bazeliya universitetinin psixiatrları gəliblər. Onlar öz “kliniki depressiya” diaqnozlu pasientlərinə botoks inyeksiyası daxil edirdilər ki, onlara üzün iztirablı ifadəsini qurmaq daha çətin olsun. Journal of Psychiatric Research un verdiyi məlumata görə bunun nəticəsində pasientlərdə müsbətə doğru dəyişikliklər nəzərə çarpmışdır.
Botilinium toksin: Clostridium botulinum bakteriyası tərəfindən ifraz olunan zəhərli zülal kompleksidir. Onun sinirdən əzələyə doğru gedən impulsları bloklamağı sayəsində, qırışları hamarlaşdırmaq effeki baş verir. Bunu ən yaxşı ”Onun üzündə heç bir əzələ belə tərpənmədi” ifadəsi təsvir edir.
İsveçrə komandasının keçirdiyi eksperiment 6 həftə davam edirdi. Kastinqə 263 nəfər iştirakçı qatılmış və bunlardan yalnız 30 qadın və kişi iştirak edə bildi. Onların yaşı 26 dan 65 ə qədərdi və Hamiltonun depressiyaya aid kliniki testində 15 və daha yüksək balla qiymətləndirilmişdilər. Daha sonra onları iki grupa ayırdılar. İlk qrupa həqiqi botoks inyeksiyaları daxil edilirdi, hansı ki əsasən qlabellar qırışları(qaşlar arasındakı vertikal qırışlar) blok etmək üçün istifadə olunurdu. İkinci qrupa isə plasebo effektli fizioloji məhlul istifadə olunurdu. Hər iki qrup üzvləri alınlarında sarğı ilə gəzirdilər ki, effekti güzgüdə görə bilməsinlər. Altı həftə sonra hər iki grup yenidən Hamilton testindən keçdilər.Təbii ki,birinci qrupun üzvlərinin depressiyası şkala üzrə 10 bal aşağı düşmüş, depressiyaları azalmışdır.İkinci qrupda isə cəmi 1.7 bal.
Alimlər standart antidepressant müalicəsi ilə yanaşı botoks inyeksilarını da təklif edir. Çünki bu əzələləri rahatlaşdırır və emosional fonu bərpa edir.Və bu əsasən də qlabellar qırışlarda daha effektlidi hansılar ki, bizim neqativ əhval ruhiyyəmizin göstəricisidir. Belə bir eksperiment gələcəkdə yeni araşdırmalara və daha böyük təcrübələrə əsas verir. Bəlkə də belə alternativ üsullar standart terapiya ilə yanaşı gələcəkdə depressiyadan əziyyət çəkən milyonlarla insanın həyat şərtlərinin yaxşılaşması üçün bir ümid olacaq. Unutmayın ki, üzümüz yalnız emosiyalarımızı ifadə edən passiv bir ekran deyildir. Bunun əks əlaqəsi də var: mimikalarımız beynimizə onun hansı hissləri hiss etməsinin vacib olduğunu əmr edə bilər! Buna görə “Gülümsəyin, cənablar” .
Dr. Xanım Şükürlü