Son zamanlarda "bədənin qida tədarükü” termini geniş yayılıb. Lakin qida tədarükü nədir və necə əməl edilməlidir sualları çox zaman cavabsız qalır.
Psixoloq.az publika.az-a istinadən bu sualların cavabını bir neçə istiqamətdə təqdim edir:
İnsan bədəninin ehtiyacı olan, ancaq qarşılaya bilmədiyi və ya bəzi ətraf mühit faktorlarından asılı olaraq azalan vitamin və minerallara ehtiyacı vardır. Bu çatışmazlığı aradan qaldırmaq üçün təbiətdə olan vitamin və minerallar işə yarayır. Vücudumuzun ehtiyacı olan vitamin və mineral ehtiyacını qarşılamaq bədənin qida tədarükü adlanır. Bəzi insanlar bu durum üçün dərman vasitələrindən istifadə edir. Ancaq mütəxəssislər dərmanların bir müddət sonra bədən sisteminin iş prinsipini pozduğunu deter və buna görə qida tədarükündə təbii qidalardan yararlanmağı məsləhət görürlər.
Bədənin qida tədarükü bu yollarla təmin edilə bilər:
1. Sümüyün sağlamlığını qorumaq üçün bol miqdarda kalsiuma ehtiyac var. Mineral baxımından ən zəngin qida isə süd və süd məhsullarıdır. Bununla yanaşı, yaş irəlilədikcə tez-tez rast gəlinən sümük əriməsi kimi xəstəliklərin qarşısını almaq üçün tərkibində yüksək miqdarda dəmir olan ispanaqdan istifadə edilməlidir.
2. Qocalmanı gecikdirən ən təsirli vasitə E vitaminidir. Təbiətdə E vitamin baxımından ən zəngin qidalar isə kivi, manqo, pomidor və çiy badamdır. Hər gün istifadə edəcəyiniz 10 ədəd badam vücudunuzdakı qocalmağa meyilli hüceyrələri azaldır və gənc hüceyrələrin sayını artırır.
3. Beyin və ürəyin sağlamlığı üçün tərkibində Omeqa-3 kompleksi olan qidalar həftədə ən az iki dəfə yeyilməlidir. Bu baxımdan ən yararlı qida balıq və balıq məhsullarıdır. Balıq həm sinir hüceyrələrini qoruyur, həm də qan dövranını tənzimləyərək damar tıxanıqlığının qarşısını alır.
4. Güclü bir immunitet üçün veta-karoten, anti-oksidant və anti-influmar baxımından zəngin qidalar yeyilməlidir. Buraya qırmızı və bənövşəyi meyvələr: çiyələk, böyürtkən, moruq aiddir.
Bundan başqa, daimi və nizamlı yürüş etmək və idmanla məşğul olmaq da vacibdir.